Yol polisi vətəndaşlara müraciət etdi

  • 26.06.2020
  • 0

Paytaxtda əlavə karantin postları quraşdırılıb və işçi heyətinin sayı artırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə yol polisi paytaxtın küçə və prospektləri nəzarətə götürülüb. "Yeni bort kompüterlər vasitəsilə cəmi 5 saniyəyə vətəndaşın icazəsinin olub-olmaması müəyyən olunur. Vətəndaşlardan xahiş edirik ki, şəxsiyyət vəsiqələrini özləri ilə götürsünlər. Çünki sms icazənin yoxlanılması 40-45 saniyə vaxt aparır. Amma şəxsiyyət vəsiqəsi ilə bu daha tez başa gəlir." 

Vaqif Əsədov onu da əlavə edib ki, vətəndaşlar vacib olmadan yaşayış yerlərini tərk etməsinlər.

Nə düşünürsən?