“Kamaz” "Sonata" ilə toqquşdu

  • 26.06.2020
  • 0

Tatarıstanda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 26-da “Kazan - Şemordan” avtomagistralının 20-ci kilometrliyində Köhnə Koşakovo qəsəbəsi ərazisində qeydə alınıb. Bu barədə “Region-116” məlumat yayıb. Məlumata görə, qoşqulu “Kamaz” markalı yük maşını, yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində yük maşınının sürücüsü və avtomobilin 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerinə vəfat ediblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?