Yardımlıda yeni dağ kombaynları istifadəyə verilib

  • 26.06.2020
  • 0

Yardımlı rayonunda yeni dağ kombaynları fermerlərin istifadəsinə verilib. MDB məkanında ilk dəfə Azərbaycanda istifadə olunacaq kombaynlar dağlıq ərazilərdə əkilən taxılı biçmək üçündür. Dağlıq ərazilərdə əkilən taxılı hər kombayn biçə bilmir. Bunun üçün ölkəyə yeni dağ kombaynları gətirilib. bu kombaynlar mayili ərazilərdə sağa-sola əyilir, yerin səthinə uyğun biçin aparır. Bu il cənab Prezident tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına görə vəsait ayrılıb. Belə ki, Aqrolizinq ASC tərəfindən 25 ədəd dağ kombaynları alınıb, bir hissəsi artıq ölkəyə idxal olunub. Biçin aparacaq yeni kombaynların bu gün çətin relyefli sahələrdə test edilərək təqdimatı həyata keçirilib. Dağlıq rayonlarda, relyefli ərazilərdə yerləşən əkin sahələri ölkə üzrə əkin sahələrinin 10%-ni təşkil edir. Bunların da böyük bir hissəsində əkiləntaxıl və digər dənli bitkilərinitkisiz biçilməsində bir sıra çətinliklər mövcud idi. Ölkəyə gətirilən yeni nəsilkombaynların gövdəsinin və biçici başlığının artıq dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Bu kombaynlar ilkin mərhələdə Yardımlı, Lerik və Cəlilabad rayonlarında biçin işlərini bitirdikdən sonra, digər idxal olunan kombaynlar kimi Gədəbəy, Daşkəsən və digər dağlıq və relyefli ərazilərdə, hansı ki, onlarda biçin daha gec başlayır, həmin yerlərə dislokasiya olunması, həmin fermerlərə də aqrotexniki xidmətlərin, biçin işlərinin həyata keçirilməsi təmin ediləcəkdir.

Nə düşünürsən?