Bakıda klinikada ölən qızın meyiti ailəsinə verilmir?

  • 26.06.2020
  • 0

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb. Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir: “Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orada saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”. “Bona Dea International Hospital”dan saytımıza bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

Nə düşünürsən?