Bakıda "Kamaz" körpüdən aşdı

  • 26.06.2020
  • 0

Bakının Qaradağ rayonu ərazisində, Müşfiqabad qəsəbəsində “Kamaz” markalı yük maşını körpüdən aşıb. Axar.az xəbər verir ki, qəza bu gün səhər saatlarında baş verib. Sakinlərin sözlərinə görə, qəza sürücünün səhlənkarlığı üzündən baş verib. Belə ki, sürücü maşını saxlayaraq, üzbəüz yerləşən ərzaq dükanına siqaret almağa gedib. Bu zaman isə təhlükəsizlik qaydalarını unutduğundan, maşın özbaşına hərəkət edərək, körpüdən aşıb.

Nə düşünürsən?