Koronavirusa qarşı ilk peyvənd bu tarixdə hazır olacaq

  • 26.06.2020
  • 0

Hazırda Avropada vəziyyət yaxşılığa doğru gedir, ancaq qlobal baxımdan vəziyyət ürək açan deyil. Axeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, koronavirusa qarşı ilk peyvəndin sınaqları artıq başa çatmaq üzrədir və 2020-ci ilin sonunda peyvənd istifadəyə veriləcək: "Ümid edirik ki, bu peyvənd həssas qrup üçün istifadə ediləcək".