"Liverpul" azarkeşləri "Çelsi"nin qoluna belə sevindi

  • 25.06.2020
  • 389 baxış
  • 0

İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi oyununda hesab açılıb. "Mançester Siti"ni qəbul edən "Çelsi"nin gənc futbolçusu Kristian Pulişiç rəqib müdafiəçilərin səhvindən sonra fərqlənib. Bu qolu canlı izləyən "Liverpul" azarkeşləri də çılğınca seviniblər. Qeyd edək ki, "Çelsi" bu gün "Mançester Siti"dən xal alsa, "Liverpul"un çempionluğu rəsmiləşəcək.