Marketdən oğurluq edən şəxs saxlanılıb

  • 25.06.2020
  • 0

Görüntülər Abşeron rayonundandır. APA TV xəbər verir ki, Mehdiabad Polis bölməsinə qəsəbə ərazisində marketdən oğurluq edilməsinə dair məlumat daxil olub. Əraziyə baxış keçirilib və aydın olub ki, marketdən naməlum şəxs 335 manat dəyərində ərzaq mallarını oğurlayıb. Eləcədə orada yerləşən post terminalı aparatını yararsız hala salmaqla 1000 manat dəyərində maddi ziyan vurub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini əvvəllər məhkum olunan, 30 yaşlı Məhbub Əliyev tutulub. Oğurladığı ərzaq malları isə yaşadığı ünvandan tapılaraq maddi sübut kimi götürülüb. Daha sonra Məhbub Əliyevin yaşadığı evə baxış keçirilib. Oradan narkotik vasitə olan 3 ədəd xüsusi bükümdə metafetamin tapılaraq aktlaşdırılıb. Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu bildirib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.