Bloklanan əmanətlərlə bağlı vacib açıqlama

  • 25.06.2020
  • 0

ƏSF: Problem vətəndaşların xeyrinə həll ediləcək Bağlanmış 4 bankdakı əmanətlərin qaytarılması zamanı məlum oldu ki, bu bankların lisenziyası ləğv olunmamışdan bir neçə ay əvvəl Mərkəzi bank həmin maliyyə müssəsisələrinə əmanət qəbulu üçün qadağa qoyub. Banklar isə bu qərara əhəmiyyət vermədən əmanət qəbul etməkdə davam edib. Bununla bağlı açıqlama verən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev deyib ki, ləğv edilmiş banklar tərəfindən belə qanunsuz yolla əldə edilmiş və hazırda qaytarılmasında problemlər yaranmış əmanətlər müvəqqəti bloklanır. Fond məsələ ilə bağlı araşdırma aparacaq, problemi vətəndaşların xeyrinə həll etməklə qanunsuz qəbul olunmuş əmanətləri qaytaracaq. Gələcəkdə əmanət qoyuluşunda bu cür problemlərin yaranmaması üçün həll yoluna gəldikdə isə Fondun icraçı direktoru hesab edir ki, bu məsələdə tənzimləyici orqan olan Mərkəzi Bank əmanət qəbulu qadağan edilmiş bankları geniş ictimaiyyətə açıqlaya bilməz. Əks təqdirdə bu, tamamilə fərqli effekt verə bilər, insanlar məsələnin iqtisadi tərəflərini araşdırmadan əmanətlərini geri çəkərlər. Bloklanmış əmanətlərin məbləği "AGBank"da 49,2 , "NBC Bank"da 12,8 milyon manatdır. Digər 2 bankda isə bu cür əmanətlərin həcmi azdır.

Nə düşünürsən?