"Virus məsuliyyətsiz vətəndaşlar ucbatından yayılır"

  • 25.06.2020
  • 0

Vətəndaşlar karantin qaydalarına əməl edərsə, koronavirus infeskiyası ilə mübarizədə ciddi irəliləyişlərə nail olmaq mümkündür. Təəssüflər olsun ki, məsuliyyətsizlik ucbatından yoluxma tendensiyası əleyhimizə işləyir. Infeksionist-həkim Sədrəddin Atakişiyev deyir ki, əslində cəmiyyət özü prosesə nəzarət etməli və cəmiyyətin hər bir üzvü tövsiyələrə ciddi əməl etməlidir. Koronavirus infeksiyasının bu qədər geniş yayılmasının əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyi və proflaktik tədbirləri gözləməməsidir. Bu sözləri Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist-həkim Sədrəddin Atakişizadə deyib. Prezident İlham Əliyevin ötən gün Gəncədə modul tipli xəstəxananın açılışında səsləndirdiyi fikirlərdən danışan infeksionist karantin rejiminin sərtləşdirilməsinin məhz insanları qorumaq məqsədi ilə atılan zəruri addımlardan biri olduğunu bildirib. Sədrəddin Atakişizadənin fikrincə, dövlətin atdığı bütün addımlara rəğmən, vəziyyətin nəzarətdə saxlanması üçün vətəndaşların üzərinə ciddi məsuliyyət düşür. İnfeksionist-həkim cəmiyyətin hər bir üzvünün tövsiyələrə ciddi əməl etməli və bu məsələyə xüsusi həssaslıqla yanaşmalı olduğunu bildirib. O vurğulayıb ki, əslində cəmiyyət özü prosesə nəzarət etməlidir. Sədrəddin Atakişizadə dövlət tərəfindən müxtəlif xəstəxanaların koronaviruslu xəstələr üçün ayrılmasının və yenilərinin tikilməsinin xəstəliklə mübarizədə böyük əhəmiyyətə malik olduğunu deyib. Həkim xüsusi xəbərdarlıq edir ki, artıq xəstəlik cəmiyyətimizdə böyük vüsət alıb və hər bir şəxsin yoluxma riski çox yüksəkdir. Sədrəddin Atakişizadənin sözlərinə görə, hər bir şəxs karantin qaydalarına əməl edəcəyi təqdirdə yaxın zamanda yoluxma sayında müsbət dinamika əldə edilə və bütün xəstələr vaxtında müalicə ala bilərlər.

Nə düşünürsən?