Qum dolu yük maşını aşdı

  • 25.06.2020
  • 0

Rusiyanın Moskva əyalətində qum dolu yük maşınının aşma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Şelkov rayonunda qeydə alınıb. Kadrlarda, hərəkətdə olan yük maşınının döngədə sürücünün ani manevr etməsi nəticəsində aşdığı görülür. Həmçinin videoda, yol kənarında irəliləyən piyadaların yük maşınının altında qalmaqdan son anda qurtulduğu da əks olunub. Bildirilir ki, qəzada ölən və ya xəsarət alan olmayıb.

Namiq Musayev

Nə düşünürsən?