“E-Təbib” mobil tətbiqi vasitəsilə icazə qaydaları məlum oldu

  • 25.06.2020
  • 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində "E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq. Sfera.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. Qərara əsasən, "E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir: - tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir; - mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP” kodu daxil edilir; - giriş etdikdən sonra "lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm” düyməsi sıxılır; - "Bluetooth” və "GPS” sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə "icazələr” bölməsinə keçd edilir; 2. tələb olunan "FİN” kodu və doğum tarixi daxil edilir; 3. icazənin növü seçilir (1 və ya 2); 4. "Göndər” düyməsi sıxılır; - "Təsdiq” və ya "İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür; "Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

Nə düşünürsən?