Karantini pozan 1 021 nəfər cərimələndi

  • 25.06.2020
  • 0

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 24.06.2020-ci il saat 00:00-dan 25.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 167 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 10 21 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Mia.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 195 nəqliyyat vasitəsi rayon, 185-i isə paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb.

Nə düşünürsən?