Koronavirusa yoluxan deputatdan açıqlama

  • 24.06.2020
  • 57 baxış
  • 0

Koronavirusa yoluxan millət vəkili Sahib Alıyev səhhətindəki son vəziyyətlə bağlı XəzərXəbər-ə danışıb. Deputat virusa harda və necə yoluxduğuna da diqqət çəkib. Millət vəkili infeksiyanın yayılmasının qarşısının alınması üçün marketlərdə nəzarət tədbirlərinin gücləndirilməsinin önəmini də vurğulayıb. İnfeksiya ilə bağlı ən çətin məqamları geridə qoymuşam və indi özümü yaxşı hiss edirəm. Koronavirusa yoluxan millət vəkili Sahib Alıyev XəzərXəbər-ə açıqlamasında belə deyib. Deputat müalicə aldığı Yeni Klinikada həkimlərin hər gün ölüm-dirim savaşı verdiyini, və xəstələri həyatda saxlamaq üçün fasiləsiz olaraq çalışdığını vurğulayıb. Sahib Alıyev virusa necə yoluxması məsələsinə də aydınlıq gətirib. Sahib Alıyev onu da bildirib ki, Deputat ölkədə yeni yaradılan tibb müəssisələrinin və səhiyyə sahəsinə uzun müddətdir ki qoyulan investisiyanın hesabına bu gün koronavirusla mübarizədə Azərbaycanın uğurlu təcrübə ortaya qoya bilib. Ancaq deputat COVID 19-a qalib gəlmək üçün bütün cəmiyyətin həmrəy və məsuliyyətli olmasının vacib olduğunu deyib.

Nə düşünürsən?