Bu rayonda su problemi yaşanır

  • 24.06.2020
  • 0

Göyçayda bəzi kəndlər su problemi ilə üz-üzə qalıb. Sakinlər əkin sahələrini və meyvə bağlarını suvarmağa su tapmırlar. Hətta bəzi kəndlərdə meyvə ağacları quruyaraq məhv olub. Son bir neçə ayda havaların quraq keçməsi Göyçay rayonunda su qıtlığına səbəb olub. Rayonun Şəhadət və Qarabağlar kəndlərində sakinlər 1 aydır ki susuzluqdan əziyyət çəkirlər. Onlar kənddə təsərrüfat suyu olmadığı üçün nə əkin sahələrini, nə də meyvə bağlanı suvara bilirlər. Hətta su olmadığından həyətyanı sahələrdə olan meyvə ağacları quruyaraq məhv olur. Adı çəkilən kəndləri su ilə təmin edən əsas mənbə Göyçay çayıdır. Çayda isə su yox səviyyəsindədir. Məsələ ilə bağlı Göyçay Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, hazırda kanal və çaylarda suyun səviyyəsinin düşməsi mənbədə suyun olmaması ilə əlaqədardır. Qeyd edək ki, rayon ərazisində ümumilikdə 26 min 448 hektar suvarılan sahə var. Bunun da 17 min 772 hektarı Yuxarı Şirvan kanalından, 1600 hektarı Yekəxana gölündən, qalan ərazilər isə Göyçay çayından qidalanır.

Nə düşünürsən?