Sərt karantin günlərində ictimai nəqliyyatda vəziyyət necədir?

  • 24.06.2020
  • 0

Ciddi karantin tətbiq olunduğu günlərdə vətəndaşlara məhdudiyyətlər daxilində yaşadıqları yeri tərk etmək icazə verilir. Elə bu səbəbdən də bu dövrdə əsas yük ictimai nəqliyyatın üzərinə düşür. Unikal.org xəbər verir ki, karantin qaydaları sərtləşdirildikdən sonra ötən həftə ilə müqayisədə avtobus və metroda ciddi sərnişin azlığı müşahidə edilir. BNA-dan verilən məlumata görə, sərnişin sayında 45 faizədək azalma müşahidə olunub. İyun ayının 16-da 1 milyon 200 min sərnişin səfər sayı qeydı alınmışdırsa, ötən gün qeydə alınan sərnişin səfər sayı 670 min olmuşdur. Məhdudiyyətlər Bakı Metrosuna da təsirsiz ötüşməyib. Son 2 gündə sərnişinlərin sayında 2 dəfəyədək azalma qeydə alınıb. Qeyd edək ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə edərkən mütləq şəkildə maskadan istifadə etməlidirlər.

Nə düşünürsən?