Putin bu səhvi qəsdən etdi: pərdəarxası məqam...

  • 24.06.2020
  • 0

Dünyanın ən təcrübəli siyasətçiləri də çıxışları zamanı ciddi səhvlərə yol verə bilirlər. Düşünürəm, Putinin bəzi respublikaların SSRİ-dən böyük rus torpaqları hesabına ayrılması haqda sözləri də bu səhvlərdən biridir. Hər halda siyasi şəxslərin hər sözünü ciddiyə almaq da doğru deyil. Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin “Rusiya. Kreml. Putin” filmi üçün verdiyi müsahibəsində bəzi postsovet respublikalarının SSRİ-dən böyük rus torpaqları hesabına ayrılması haqda sözlərini şərh edərkən deyib. O bildirib ki, bu sözlər məntiqdən uzaq fikirdir və siyasi səhvdir: “Təsadüfi deyil ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlama verdi. Biz Putinin bundan öncə də bənzər siyasi səhvlərə yol verdiyini görmüşük. Bu mənada bu sözlərə də eyni kontekstdən yanaşmaq lazımdır”. Politoloq bildirib ki, hazırda Putin Rusiya Konstitusiyasında ciddi dəyişikliklər etmək istəyir: “Putinin bu sözlərinin pərdəarxasında Konstitusiyaya etmək istədiyi dəyişikliklər dayanır. Yəni Rusiya Prezidenti hər dəfəsində bu və bu kimi məqamlara toxunaraq, Konstitusiyanın dəyişməli olduğunu aktuallaşdırmağa və bu işi etmək üçün leqal səbəblər göstərməyə çalışır. Putin SSRİ-dən respublikaların böyük rus torpaqları hesabına ayrıldığını deyərkən də SSRİ Konstitusiyasındakı səhvlərə toxunur. Bu, gələcəkdə Rusiyanın da SSRİ-nin taleyi ilə üzləşməməsi üçün zəruri qabaqlayıcı tədbirdir”.

Nə düşünürsən?