Bu rayonda koronavirusla bağlı şayiə yayıldı

  • 23.06.2020
  • 0

Koronavirus pandemiyası ilə əlaqədar yoluxmaların sayı artdıqca bölgələrdəki mərkəzi xəstəxanalar pandemiya xəstəxanası olaraq fəaliyyətinə davam etməyə başlayır. Ağsu rayonunda sakinlər məhz bu məsələyə görə narahatdır. Çünki bu günlərdə rayonun mərkəzi xəstəxanasının bir hissəsinin pandemiya xəstələrinə ayrılacağı barədə xəbər yayılıb. Bu da sakinlər arasında narahatlığa səbəb olub. Ağsu rayonunda insanlar narahatdır. Çünki rayon camaatı arasında belə bir şayiə yayılıb ki, mərkəzi xəstəxananın yarısı koronaviruslu xəstələrə ayrılacaq. Yayılan məlumatlara görə, Ağsu Rayon mərkəzi xəstəxanasının 2-ci mərtəbəsində yerləşən Terapeya və Cərahiyə şöbələri yaxın günlərdə bağlanaraq burada COVID-19 xəstəliyinə yoluxan xəstər müalicə ediləcək. Yerli sakinlərdə elə bu səbəbdən qorxu içindədilərki Rayon mərkəzi xəstəxanasının əsas şöbələri bağlanarsa digər xəstələr orda necə mualicə olacaqlar. Ağsu rayon mərkəzi xəstəxanasından isə XəzərXəbər-ə bildirdilər ki, bu məlumat həqiqəti əks etdirmir. Hazırda da xəstəxanada koronavirusa yoluxan xəstələr yoxdur. Xəstəxana yalnız təbibin qərarı ilə pandemiya xəstəxanasına çevrilə bilər. TƏBİB-dən isə XəzərXəbər-in sorğusuna cavab olaraq bildirdilər ki, sakinlər narahat olmasınlar. Çünki, Ağsu rayon xəstəxanasının adı pandemiya xəstəxanaları sırasında deyil.

Nə düşünürsən?