Konteyner avtomobillərin üzərinə aşdı

  • 23.06.2020
  • 0

Türkiyənin İstanbul şəhərində konteyner avtomobillərin üzərinə düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurd rayonunda qeydə alınıb. Məlumata görə, yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub və bundan sonra yol kənarındakı konteyner torpaqla birgə nəqliyyat vasitələrinin üzərinə aşıb. Hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Namiq Musayev

Nə düşünürsən?