Ölkədə hansı qurumların əməkdaşları koronavirusa yoluxdu?

  • 23.06.2020
  • 0

Əhali ilə sıx təmasda olan bəzi qurumların əməkdaşları da COVID-19 virusuna yoluxub. Ən çox yoluxma hallı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarında baş verib. Başqa hansı nazirliyin əməkdaşlarında koronavirus aşkar edilib? Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub. Bu barədə məlumatı ''Xəzər Xəbər''ə açıqlamasında nazirliyin mətbuat katibi Gülçin Mehdiyeva deyib. Onun sözlərinə görə, bütün qabağlayıcı tədbirlər görülməsinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşında da COVİD-19 testi pozitiv çıxıb. Koronavirusa yoluxma faktı əhali ilə sıx işləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da yoluxub. Nazirliyin mətbuat katibi Fazil Talıbovun sözlərinə görə, 25 əməkdaşda bu virus aşkar edilib. Yoluxanlardan 3-ü dövlət Məşğulluq Xidmətinin işçisi, 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi, 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir. O, xəstələrin vəziyyəti yaxşı olduğunu bildirib. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri arasında da koronavirusa yoluxma faktı olub. Özünü pis hiss edən həmin şəxslər dərhal xəstəxanalara aparılıb və onların testi pozitiv çıxdığından hazırda müalicələri davam edir. ''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinin də 20-dən çox əməkdaşı koronavirusa yoluxub. Qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib. Anar Cəbrayıllı deyir ki, vəziyyətə ciddi nəzarət olunur, mütəmadi dezinfeksiya işləri aparılır, səhər işə gələrkən işçilərin temperaturu ölçülür. Qeyd edək ki, bütün dövlət və özəl müəssisələrin əməkdaşlarına tapşırılıb ki, hər kəs TƏBİB-in çağırışlarına ciddi əməl etməli, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməlidirlər. Ətraflı süjetdən biləcəksiniz.

Nə düşünürsən?