Qobustanda dəhşətli qətl baş verdi

  • 23.06.2020
  • 0

Qobustan rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Qobustan rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Tarverdi oğlu Məhərrəmov 1975-ci il təvəllüdlü dostu və həmyerlisi Elman Ziyadxan oğlu Cabbarovu öz evinə qonaq dəvət edib. Onlar yeyib-içdikdən sonra aralarında mübahisə baş verib. Mübahisə zəminində Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Rövşən həmin evdə tək yaşayır. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?