Qırmızı işıqdan keçən sürücü qəzaya səbəb oldu

  • 23.06.2020
  • 0

Svetoforun qırmızı işığından keçən "Opel" sürücüsü qəzaya səbəb olub. YPX.AZ xəbər verir ki, hadisə 22 iyun, gecə saatlarında, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində baş verib. Belə ki, svetoforun qırmızı işığından keçən "Opel" markalı avtomobil "Niva" markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aprılır.

Nə düşünürsən?