Qabuniya Putini yenə canlı yayımda təhqir etdi

  • 23.06.2020
  • 0

Rusiya prezidenti Vladimir Putini canlı yayımda təhqir etməsi ilə məşhurlaşan gürcüstanlı telejurnalist Georgi Qabuniya bu dəfə "Mtavari Arxi" televiziya kanalının efirindən Rusiya liderinin ünvanına kobud ifadə işlədib. Publika.az "Ridus"a istinadla xəbər verir ki, Qabuniya kanalın efirində gözlənilmədən rus dilində danışmağa başlayıb. Təhqir dolu sözləri Rusiya dövlət başçısına ünvanlayıb. Buna səbəb Qabuniyanın qətlinin sifarişi ilə bağlı yayılan məlumat olub. George Gabuniya 2019-cu ilin iyul ayında analoji çıxışı ilə beynəlxalq qalmaqala səbəb olmuşdu. O, "Rustavi-2" kanalında müəllifi olduğu verilişin bir dəqiqəlik efir vaxtını Rusiya prezidenti Vladimir Putinə, habelə mərhum valideynlərinə həsr etmişdi.

Nə düşünürsən?