Ana-bacı söyüşünə görə klub prezidentləri arasında dava düşdü

  • 23.06.2020
  • 0

Türkiyə Super Liqasının 28-ci turunda keçirilən "Alanyaspor" - "Trabzonspor" matçından sonra xoşagəlməz hadisə yaşanıb. Offsideplus.az xəbər verir ki, oyun bitdikdən sonra klub rəhbərləri arasında dava olub. Çempionluq yolunda zərbə alan Trabzon təmsilçisi rəqibin 90+5-də vurduğu bərabərlik qoluna abardılmış formada sevinib, təhqiredici ifadələr işlətdiyini iddia edib. Buna sərt reaksiya verən "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu, meydana girərkən "Qol vurduqdan sonra söyüş söydülər, bu necə qonaqpərvərlikdir? Belə danışa bilməzsiniz" deyib. Sözlü mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Tərəfləri klubların məşqçilər heyəti ayırıblar. "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu daha sonra verdiyi açıqlamada Ahmet Ağaoğlunun içkili olduğunu iddia edib: "Ahmet Ağaoğlu qardaşıma ana-bacı söyüşü söydü. Ona "söyüş söymə" dedim. Sonra məni söyüb, vurmağa cəhd etdi. Qarşısına çıxanı vururdu. Ölmüş anama söydü. Belə rəzarələtlə ilk dəfədir qarşılaşıram. İçkili idi, spirt qoxusundan mədəm bulandı". Ahmet Ağaoğlu isə indiyədək spirtli içki qəbul etmədiyini bildirərək, qarşı tərəfi ittiham edib: "Mən indiyədək bir dəfə olsun belə spirtli içki qəbul etməmişəm. Alkoqol müayinəsindən keçəcəm. Dedikləri iftiradır. Qardaşı ölmüş anama söydü. Mən də ona cavab verdim. Sonra ortalıq qarışdı. Biz olduğumuz tərəfə qədər gəlib ağızlarına gələni deyirlər. Məqsədləri, niyyətləri nədir? Bunların başqa dərdi var. Telefonda mənə göstərir ki, qardaşıma söymüsən. Qardaşım dediyi adam da nazir Mövlut Çavuşoğludur. "Qardaşın mənim hörmət etdiyim nadir insanlardandır, sən kimsən?" dedim".

Nə düşünürsən?