Alınan dərman qutusunun boş çıxması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 22.06.2020
  • 0

Bakı sakini aldığı dərman vasitəsindən şikayət edir. Yeniavaz.com xəbər verir ki, bu barədə müştəri özü sosial şəbəkədə videogörüntü yayıb. O qeyd edib ki, aptekdən “Essentiale forte N” dərmanını alıb. Bildirilir ki, dərmanı açıb, istifadə etmək istəsə də, içi boş olub. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən oxu-az-a bildirilib ki, dərman bərk jelatin kapsul formasındadır: “Yəni tərkibi balabənzər, fosfolipidlərdən ibarət pastaşəkilli kütlədir. Kapsulu açıb silkələməklə içi, həqiqətən, boş görünə bilər, çünki tərkib toz şəklində deyil. Kapsulu bir az sıxmaqla içindən pastaşəkilli kütlənin çıxdığını görmək olar”. “Bəzi məlumatsız insanlar bu vəziyyətdən kor-koranə, sui-stifadə etməklə əhali arasında çaşqınlıq yaradırlar, əsassız ittihamlara yol verirlər”, - deyə mərkəzdən qeyd edilib.

Nə düşünürsən?