Gömrük Komitəsi qaçaqmalçılığın qarşısını aldı

  • 22.06.2020
  • 0

Azərbaycana Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə mobil telefonların keçirilməsinin qarşısı alınıb. Bu barədə Unikal.org Dövlət Gömrük Komitəsi tərəfindən yayılan məlumata istinadən xəbər verir. Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Fedserasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyası istiqamətindən “Samur “ gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı “iPhone 11” markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.

Nə düşünürsən?