Dəhşətli qəza: Meyit yolda qaldı

  • 22.06.2020
  • 0

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Təhməz Məmmədovun idarə etdiyi avtomobil hərəkətdə olan yük maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü Təhməz Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin 1992-ci il təvəllüdlü Cavid Əlizadə və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?