"Anan səni atmayıb" - Aparıcı göz yaşlarına boğuldu

  • 22.06.2020
  • 69 baxış
  • 0

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Dana Durdana olub. Müğənni hər zaman olduğu kimi yenə də oğluna olan həsrətindən danışıb. Verilişin aparıcısı Ülviyyə Əliyeva isə Dananın baldızına səslənib: “Elmira xanım mən sizə bir qadın kimi müraciət edirəm. Ana kimi müraciət edə bilmirəm, çünki mənim övladım yoxdur və olma etimalını da bilmirəm. Sizə təşəkkür edirəm ki, 16 il o uşağa baxmısız. Siz anasız və Dana da o uşağın anasıdır. Bu danılmaz faktdır ki, dünya dağılsa da o analıqdan çıxa bilməz. Təklif edirəm ki, siz böyüklüyünüzü göstərib, Dana ilə görüşüb ortaq məxrəcə gələsiniz”. Daha sonra aparıcı müğənninin oğluna gözyaşları içində müraciət edib: “İnsanlar var ki, uşaqlarını zibil qabına atır. Sənin anan bunu etməyib. Hamının səhvi ola bilər. Sən də həyat yaşayacaqsan, sənin də, hansısa bir səhvlərin olacaq. Anan səni etibarlı əllərə qoyub gedib. İnsanlar var ki, uşaq evində böyüyüb bir çox travmalar alır, zorakılığa məruz qalır. Amma uşaq evindən çıxandan sonra yenə də anasını axtarır”.

Nə düşünürsən?