"Moskvadan gəlmək istəmirəm, toylar başlayacaq" - Fədayə Laçın

  • 22.06.2020
  • 0

Xəbər verdiyimiz kimi müğənni Fədayə Laçın karantin rejimi ilə əlaqədar Moskvaya gedib Bakıya geri qayıda bilmir. BiG.AZ xəbər verir ki, müğənni ARB kanalında yayımlanan "Hüseynova bacıları" proqramının virtual qonağı olub. O, bildirib ki, Bakıya qayıtmağı fikirləşmir: "Martda eşitdim ki, koronavirus var, uşağımı götürüb qaçdım Moskvaya. Gəldim ki, burada da virus var. Baxdım ki, harda yoxdursa, ora gedim. Hər yerdə koronavirus var. İndi də Moskvadan gəlmək istəmirəm. Burada hər yer açılıb. Toylar da başlayacaq. Hərdən fikirləşirəm ki, dörd divar arasından çıxdım, yenə girdim dörd divar arasına. Amma şükür edirəm ki, oğlum yanımdadır".

Nə düşünürsən?