"Sevdiyin insan yanında deyil, toxunub hiss edə bilmirsən"

  • 22.06.2020
  • 0

Müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" proqramında "33 sual" rubrikasının qonağı olarkən aparıcı Ruslan Ağayevin suallarını cavablandırıb. BiG.AZ xəbər verir ki, müğənni suallara cavab verərkən sevgidən, çəxsi həyatından danışıb: "Müğənni olmaq, yoxsa evdar xanım olmaq" sualına sənətçi "Ər çörəyi yemək" cavabını verib. Sevgidən söz açan Ayan həyatında üç dəfə sevdiyini etiraf edib: "Məsafələr sevgini azaldır. İnsan uzaq olanda... Hiss etdiyin insan yanında deyil, toxunub hiss edə, gözünə baxım nəsə deyə bilmirsən. Ona görə də hər şey yavaş-yavaş sönür və məhv olur. Bir dəfə sevginin arxasınca getmişəm. İndi sevgi üçün ağlımı itirmərəm". Babakişiyeva intihara cəhd etməsindən danışıb. O bildirib ki, ən çətin anda canına qəsd etməyə çalışıb: "Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan. gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O, var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək. Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".

Nə düşünürsən?