Oğul anasını qısqanclıq zəmnində öldürüb

  • 21.06.2020
  • 0

Mingəçevirdə qadın oğlu tərəfindən öldürülüb APA TV -nin Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saat beş radələrində şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlatdan birində baş verib. 1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı yaşadığı evdə ailə mübahisəsi zəmnində aldığı bıçaq zərbəsindən sonra yerindəcə keçinib. Hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı qətlin qadının oğlu , 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəmnində törədildiyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən Elmir Hacıyev saxlanılıb. Qeyd edək ki, ailə Ağdamın Qiyaslı kəndindən məcburi köçkün düşərək Mingəçevirdə məskunlaşıb. Ailənin başçısı bir müddət öncə dünyasını dəyişib. Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb.

Nə düşünürsən?