DİM-dən qəbul qaydaları ilə bağlı açıqlama

  • 20.06.2020
  • 0

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında dəyişiklik olmayacaq. Hərarəti olduğu üçün imtahana buraxılmayanlar isə növbəti imtahanlarda iştirak üçün müraciət edə bilərlər. Amma bunun üçün 10 gün əvvəldən Dövlət İmtahan Mərkəzinə müraciət etməlidirlər. Məleykə Abbaszadə vəziyyətin hər gün dəyişdiyini və imtahanların yalnız Operativ Qərargahın tövsiyyələri əsasında keçirildiyini bildirib. Xüsusi karantin rejimi tətbiq olunan bölgələrdə imtahan keçirilməsinə nə vaxt icazə verilsə, o zaman imtahan keçiriləcək.Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Məleykə Abbaszadə deyib ki, ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə təqribən 8000 nəfər artıb.Məleykə Abbaszadə qeyd edib ki, gələn həftə Naxıvcanda imtahanlar keçiriləcək.Növbəti həftənin imtahan cədvəliisə gələn həftənin ortalarında elan olunacaq. Məleykə Abbaszadə bildirib ki, IX sinfi bitirənlərin cəmi 19 mini orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün sənəd verib. Onlar üçün bu imtahan vacibdir, çünki buradakı ballar qəbul imtahanının balı kimi hesablanır. Ancaq digər şagirdlər təhsiliniX sinifdə davam etdirəcəksə ,dərsə başladıqdan sonra payızda onlar üçün buraxılış imtahanı keçiriləcək. Digər bir məsələqızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyən, lakin ali məktəblərə qəbul olmaq istəyənlərin məsələsinə isə baxılacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, səhhətində problem olan şagirdlərə müraciət edərək, onları imtahana gəlməməyə çağırıb. Qeyd edib ki, onlar da sentyabrda imtahanda iştirak edib , attestat ala bilərlər. Məleykə Abbaszadə sonda bu il ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında dəyişikliyin nəzərdə tutulmadığını diqqətə çatdırıb.

Nə düşünürsən?