Milli Məclisin növnbəti plenar iclası keçirilib

  • 19.06.2020
  • 0

''Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdi''. Xezerxeber.az-ın məlumatına görə, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda ötən gün Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransına dair fikir səsləndirərkən bildirib. Onun sözlərinə görə Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Sədr ölkə başçısının sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dilə gətirməsini yüksək qiymətləndirib. İclasda çıxış edən millət vəkili Soltan Məmmədov Dağlıq Qarabağda çəkilmiş və Kann festivalına təqdim olunmuş "Külək sakitləşərsə" filminin münaqişənin bütün tarixini, səbəblərini və məğzini təhrif etmək məqsədinə xidmət etdiyini, buna görə də Fransaya rəsmi qaydada etiraz edildiyini bildirib. İclasda çıxış edən millət vəkili Əli Məsimli növbəti dəfə ciddi karantin rejiminin tətbiq edilməsi səbəbi ilə işsizlərə 190 manatlıq müavinətin iyun, iyul ayında da verilməsini və bu aylarda mikrosahibkarlara da dəstəyin göstərilməsini təklif edib. Millət vəkili Fazil Mustafa isə sosial şəbəkələrdə vətəndaşların fikirlərini dövlətə qarşı yönəltmək məqsədi ilə təxribatçı qrupların fəaliyyət göstərdiyini bildirib. İclasda millət vəkilləri müxtəlif bölgələrdə içməli su probelminin olduğunu, bunun isə kənd təssərüfatına böyük ziyan vurduğunu qeyd ediblər. Bununla bağlı aidiyyatı qurumlara müraciət edilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?