Gülay Kamilin videosu ilə bağlı nələr dedi?

  • 19.06.2020
  • 0

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib.

O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib.

Bu zaman K.Zeynallı həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib. Oxu.Az xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı “Xəzər” televiziyasında yayımlanan “5/5”də axşam şousunda qonaq olan K.Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova açıqlama verib. Sənətçi həyat yoldaşının yolda əlbəyaxa davasını belə nəql edib: “Yolda gedəndə Kamilin sözü çəp gəlib. Amma indi hər şey qaydasındadır”. Verilişin aparıcısı Zaur Kamalın “Siz evinizdə üzərlik yandırın” sözlərinə Gülay Zeynalova belə cavab verib: “Bizim evdə hər gün tonqal qalanır. Üzərlik yandırmağı çatdırmırıq. Əsas odur ki, nəticə baxımından salamatlıqdır”.

Nə düşünürsən?