"Tərbiyəsizlik baş alıb gedir" - Müğənni sərt tənqid edildi

  • 19.06.2020
  • 0

Müğənni Dilarə Kazımova yenə də fotosu ilə sosial şəbəkədə müzakirələrə səbəb olub. Milli.Az axşam.az-a istinadən bildirir ki, hər zaman açıq-saçıq görünüşdə obyektiv qarşısına keçən sənətçi ənənəsinə sadiq qalıb. Dilarənin bu cür şəkillərinə hələ də alışmayan izləyiciləri yenidən onu tənqid atəşinə tutublar. İzləyicilər ifaçının alt paltarını nümayiş etdirməsini qınayıblar. Bir çoxları fotoya "Bu, nə biabırçılıqdır", "Tərbiyəsizlik baş alıb gedir", "Millət nə hayda, siz nə hayda" kimi şərhlər yazsa da, tərifləyən də az olmayıb. Dilarə isə şəkli yeni mahnısı üçün çəkdirdiyini vurğulayıb.

Nə düşünürsən?