Bir qaydaya əməl edib digərini unudaraq təhlükə yaradan sürücü

  • 19.06.2020
  • 0

Sürücü dönmə işıq göstəricisini qoşsa da təhlükə yaratdı. YPX.AZ xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından keçən hissəsində, üzü Sumqayıt şəhəri istiqamətində qeydə alınıb. Belə ki, 99 NC 278 dövlət qeydeyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun sağ hissəsindəki köməkçi yoldan baş yola çıxıb. Bu zaman dönmə işıq göstəricisini qoşaraq hərəkət istiqamətini sol hərəkət zolağına doğru dəyişmək istəyən sürücü həmin zolaqda hərəkət edən nəqliyyat vasitəsini zolaqda sıxışdırmağa başlayıb. Digər nəqliyyat vasitəsinin sürücüsü təhlükəni görüb qayda pozan sürücüyə səs siqnalı vasitəsi ilə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra "Mercedes" in sürücüsü öz yoluna qayıdıb. Sürücünün qayda pozuntusu digər hərəkət iştirakçısı tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?