Bakıda və ətraf qəsəbələrdə su problemi yaşanır

  • 18.06.2020
  • 0

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsinə 10 gündən artıqdır ki, su verilmir. Bu barədə həmin küçənin sakinləri deyirlər. Mövcud vəziyyət səbəbindən sakinlər qohumlarının evində yaşamağa məcbur olublar. Xezerxeber.az-ın məlumatına görə, eyni problem Abşeron rayonu, Masazır qəsəbəsinin bəzi küçələrdə də mövcuddur. Həmçinin Fatmayı kəndinin Əliağa vahid küçəsində yaşayan sakinlər də 10 gündür su ala bilmirlər. Havalar isti keçməsi isə vəziyyəti daha da çətinləşdirir. ''Azərsu''Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı problemin səbəbini açıqlayıb. Deyib ki, Kür çayında suyun səviyyəsi azalıb və suya olan tələbat 40 faiz artıb. Odur ki, Bakının şərq hissəsində, qəsəbələrdə və Abşeronda mərkəzləşdirlmiş şəkildə şəbəkə qurulmayan bəzi küçələrdə problemi yaşanır. Anar Cəbrayıllı onu da əlavə edib ki, artıq Kür çayından və Ceyranbatan Su Anbarından verilən suyun həcmi artırıldığından daha əvvəl su problemi olan bir sıra ərazilərdə məsələ həll olunub. Qrafik rejimi ilə digər yayayış məntəqələrinə də suyun verilişi təmin olunacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?