Bakıda film kimi cinayət: Üç yaşlı qızı oğurladılar

  • 18.06.2020
  • 0

Mirayın valideynləri Tamerlan Bəşirovla, Samirə Bəşirova 2015-ci ilin yayında ailə qurur. Bundan təxminən 2 il sonra cütlüyün Miray adında qız övladı dünyaya gəlir. Bu kadrlar hansısa filmdən qısa fraqment deyil, Bakının mərkəzi parklarından biri olan və hər gün onlarla insanın öz övladı ilə gəlib istirahət etdiyi "Koala" parkda lentə alınıb. Söhbət ayrılmaq qərarına gələn ailədə valideynlərin hər birinin ayrılıqda uşağı - Mirayı özündə saxlamaq istəyinin sonda qanunsuzluqla yekunlaşmasından gedir. 29 fevral 2020-ci ildə Bəşirov Tamerlan, anası və azyaşlı qızı ilə "Koala” Parkda olarkən Bəşirova Samirə, Baxşıyeva Diana, Baxşıyevə Sevil və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış üzrə keçmiş müvəkkili Lətif İmanov, onlara qəflətən hücum edərək Mirayı oğurlamağa müvəffəq olurlar. Mirayın anası, yəni Samirə Baxşıyeva bilir ki, o, Azərbaycan vətəndaşı deyil və belə olan halda məhkəmə uşağın onunla qalması barəsində qərar çıxarmayacaq. Başqa ölkənin vətəndaşı olan Samirə Mirayı hüquqi cəhətdən əldə edə bilməyəcəyini anlayıb və uşağı günün günorta çağı zor gücü ilə əvvəlcədən planlaşdıraraq bir qrup şəxsin köməyi ilə atasından almaq qərarına gəlib. Və ortaya Təhlükəsizlik Kameraları tərəfindən video qeydə alınmış bu görüntülər çıxıb:

Nə düşünürsən?