Zülfiyyə Xanbabayeva ilk dəfə qızından danışdı

  • 17.06.2020
  • 0

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı haqqında danışdığı görüntülər sosial şəbəkədə marağa səbəb olub. BiG.AZ xəbər verir ki, xalq artisti "Zaurla Günaydın" verilişində qonaq olarkən qızı Dəniz haqqında danışıb. O, bildirib ki, atası qızının hüquqşünas olmağını istəsə də, Dəniz müğənni olmaq istəyir: "Bir müddət həkim olmaq istədi. Amma atası onu hüquqa yönəltmək istəyir. Amma bəzən özü “bəlkə mən müğənni olum” deyir. Qəşəng rəqs etməyi var, səsi də gözəldir".

Nə düşünürsən?