Türkiyədə güclü zəlzələ baş verib

  • 14.06.2020
  • 0

Türkiyədə 5,7 bal gücündə zəlzələ olub. Redaktor.az xəbər verir ki, Qəndil Rəsətxanası yeralı təkanların yerli vaxtla saat 17:24-də qeydə alındığını açıqlayıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə yerləşən Karlova rayondur. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.  Yeraltı təkanlar Muş, Ərzurum, Elazığ, Diyarbəkirdə də hiss edilib.  Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələ nəticəsində Karlıova-Kaynarpınar jandarma idarəsinin növbətçi qüllası uçub. Təhlükəsizlik əməkdaşlarından biri dağıntılar altında qalıb, iki nəfər isə yüngül xəsarət alıb. 

Nə düşünürsən?