Bakıda betonqarışdıran maşın qadının üstündən keçdi

  • 13.06.2020
  • 0

Abşeronda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı “Shacman” markalı betonqarışdıran maşın yolu keçməyə çalışan yaşlı qadını vurub. Qəza zamanı qadın maşının təkərləri altında qalaraq ölüb. Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Qəzadan sonra yolda tıxac yaranıb. Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?