Bu rayonda oğurluq edən şəxs tutuldu

  • 12.06.2020
  • 0

Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub. APA TV-nin məlumatına görə, Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.