ABŞ-dan 217 nəfər Bakıya qayıdıb

  • 11.06.2020
  • 0

Vətəndaşlarımızın xüsusi reyslər vasitəsi ilə ölkəyə gətirilməsi prosesi davam edir. Bu dəfə ABŞ-dan Azərbaycana ilk çarter reysi təşkil edilib və 217 nəfər təxliyyə edilib. ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən təbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" vasitəsilə həyata keçirilən uçuş, Nyu-York şəhərinin Kennedi Hava Limanından baş tutub. Uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da həyata keçirilib. Uçuşda Vaşinqtonda, Los Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ - ın bir çox şəhər və ştatlarında təhsil alan və yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub. Ölkəmizin ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə Xəzər Xəbərə müsahibəsində bildirib ki, yaxın tarixlərdə ABŞ-dan növbəti çarter uçuşları da təşkil olunacaq. Qeyd edək ki, Nyu-Yorkdan gələn sərnişinlər artıq bu gün Bakıya çatıblar. Məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə 14 günlük karantinə yerləşdiriliblər.

Nə düşünürsən?