Pandemiya dövrüdə ilk imtahan keçirildi

  • 10.06.2020
  • 0

Dövlət İmtahan Mərkəzi bu gün rayon və şəhərlərdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. Pandemiya dövrü olduğuna görə şagirdlərin dezinfeksiya qaydalarına, sosial məsafə formalarına xüsusi diqqət yetirilib. İmtahan keçirilən məktəblərin sayı çoxaldılıb, sinif otaqlarında şagirdlərin sayı azaldılıb. 20-yə yaxın şagirddə yüksək temperatur aşkarlandığına görə imtahana buraxılmayıb. Bəs onların yenidən imtahana girmələrinə şərait yaradılacaqmı? Bədən hərarətləri bir-bir yoxlanır, sənədlərinə baxılır və problem qeydə alınmadıqda içəri buraxılır. Bu il buraxılış imtahanları pandemiya şəraitinə uyğun təşkil olunub. İmtahanın keçiriləcəyi bütün məktəblər pandemiya şəraitinə uyğunlaşdırılıb, şagirdlərin rahat şəkildə imtahan vermələri üçün bütün imkanlar yaradılıb. Ailəsində, eləcə də özündə koronavirus epidemiyasına yoluxma halları müşahidə olunanların imtahana girmələrinə qadağa qoyulub. İki imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Ancaq həmin şagirdlərə imtahan vermək üçün yenidən şərait yaradılacaq. O ki qaldı ümumiyyətlə bugünkü imtahana sənəd verməyənlərə, onlar isə sentyabrda imtahanda iştirak edə biləcəklər. Şagirdlərin imtahan haqqında təəssüratları isə müxtəlifdir. Həyəcanlananı da var, bütün çətinliklərə baxmayaraq sualları asanlıqla həll edəni də: Binanın həyətində imtahanın bitməsini gözləyən valideynlərin isə sosial məsafə tələbinə riayət etməmələri diqqəti çəkib. Elə tibbi maskadan istifadə edənlərin də sayı az idi. Bu görüntülər isə Şəkidə təşkil olunan imtahandandır. Bu rayonda hər hansı neqativ hal və hərarəti yüksək olduğu üçün imtahana buraxılmama halı qeydə alınmayıb.

Nə düşünürsən?