Bakıda film kimi cinayət

  • 08.06.2020
  • 0

İndi oxuyacaqlarınız hansısa filmin ssenarisindən götürülməyib. Bu həyat hekayəsi haqqı tapdalanmış ata və qadın arasında qalmış balaca Mirayın başına gələnlərdir. Mirayın valideynləri Tamerlan Bəşirovla, Samirə Bəşirova 2015-ci ilin yayında ailə qurur. Bundan təxminən 2 il sonra cütlüyün Miray adında qız övladı dünyaya gəlir. Mirayın nənəsi Kamilə Bəşirova oğlu Tamerlan və gəlini Samirənin birgə həyatını belə nəql edir: "İlk günlərdən uşağı dayənin himayəsinə verən Samirə analıq missiyasını bununla tamamlanmış hesab edir. Əlbəttə 3 yaşlı Bəşirova Miray da bütün uşaqlar kimi valideynlərinin əhatəsində böyümək istəyirdi, amma anası Samirə Bəşirova bu ailənin bütün dayaqlarını yerlə bir etdi”. Kamilə Bəşirova qeyd edir ki, "Samirə özünə və Miraya aid olan bütün sənədləri, nikahın bağlanması haqqında şəhadətnaməni və bütün qızıl zinyət əşyalarını götürüb, xəlvəti anasının evinə gedir. Belə olan halda Tamerlan nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmək imkanından məhrum olur”. 29 fevral 2020-ci ildə Bəşirov Tamerlan, anası və azyaşlı qızı ilə "Koala” Parkda olarkən Bəşirova Samirə, Baxşıyeva Diana, Baxşıyevə Sevil və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış üzrə keçmiş müvəkkili Lətif İmanov, onlara qəflətən hücum edərək Mirayı oğurlamağa müvəffəq olurlar.

Nə düşünürsən?