Gəncədə küçəyə çıxmaq qadağasının ikinci günü

  • 07.06.2020
  • 0

6 iyun, saat 00:00-dan 8 iyun, saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunmağa başlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan avtosfer.az-a verilən məlumat görə, respublikanın digər dörd regionunda olduğu kimi, Gəncədə də karantin rejimi sərtləşdirilib: “Əhali yalnız xüsusi icazə ilə küçəyə çıxır. Gəncə şəhər polis idarəsinin tabeliyində olan qurumların əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri şəhərin küçə və prospektlərində xidmət aparırlar. İcazəsiz olan vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülməyə başlanılıb”.

Nə düşünürsən?