Xırdalanda evdə güclü partlayış oldu

  • 07.06.2020
  • 0

Xırdalanda yanğın hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, insident şəhərin “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci binasında mənzillərdən birinin eyvanında qeydə alınıb. Hadisəyə səbəb qaz balonunun partlaması olub. Xoşbəxtlikdən yanğın zamanı mənzildə heç kim olmayıb. Yanğın qısa zaman ərzində söndürülüb.

Nə düşünürsən?