Sumqayıtdakı kütləvi davada iki nəfər öldü

  • 06.06.2020
  • 0

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən parkda olub. Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı üç nəfər bıçaqlanıb. 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb. Bıçaq yarasından ölən digər şəxs isə 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Nə düşünürsən?