İki avtobus toqquşdu; 19 nəfər xəsarət aldı

  • 06.06.2020
  • 0

İnquşetiya Respublikasında iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyunun 6-da Sunjensk rayonunda qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb. Məlumata görə, toqquşma nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınlarının köməkliyi xəstəxanaya çatdırılıblar. Polis qəzanın baş vermə səbəblərini araşdırır. Digər təfərruatlar barədə məlumat verilmir.

Nə düşünürsən?