Bakıda binanın başında manqal qaladılar

  • 06.06.2020
  • 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri çərçivəsində evdən çıxmaq yasaqlansa da, bunu özünəməxsus şəkildə pozanlar var. Sfera.az xəbər verir ki, qaydalara əməl etməyən Bakı sakinləri şəhərin mərkəzində, binanın damında manqal qalayıblar. Onların manqal macərası kameraların yaddaşına əks olunub. Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 06.00-dək davam edəcək.

Nə düşünürsən?